İsrailin nəqliyyat naziri Miri Regev Dubaydan Təl-Əvivə uçan təyyarəsinin qaçırılma siqnalı verməsi və daha sonra Səudiyyə Ərəbistanına enməsindən sonra BƏƏ-nin “Flydubai” aviaşirkətinin İsrailə reyslərinin dayandırılmasını tələb edib.
Elchi.az xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.
Kanalın verdiyi məlumata görə, təhlükəsizlik məsələlərinə dair iclas zamanı Regev ilə İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) nümayəndələri arasında “kəskin mübahisə” yaranıb.
“Ynet” portalının məlumatına görə, nəqliyyat naziri “Flydubai” şirkətinin İsraillə diplomatik əlaqələri olmayan Omandan olan pilotu yəhudi dövlətinə reysə təyin etməklə BƏƏ və İsrail tərəfi arasındakı aviasiya sazişini pozduğunu iddia edir. Onun fikrincə, insidentlə bağlı araşdırma başa çatanadək “Flydubai”nin İsrailə uçuşlarını dayandırmaq lazımdır. “Bu, böyük bir hadisədir və biz çox böyük bir fəlakətə yaxın idik və bunun qarşısı alındı”, – deyə “Ynet” İsrail Nəqliyyat Nazirliyindəki mənbəsinin bəyanatını sitat gətirir.
Məryəm




















