"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Sabahdan 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək

30 Sentyabr 2026 - 14:30
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.

Bunu da oxuyun

Neft yenə 105 dollara yaxınlaşır

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Elchi.az xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.

Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr və digər ödəniş alətləri vasitəsilə aparılan elektron köçürmələr daxildir.

Bununla yanaşı, 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı nağd əməliyyatlar barədə də məlumat təqdim olunacaq. Bu tələb kassa və terminallar vasitəsilə nağd mədaxil və məxaric əməliyyatlarını, nağd valyuta mübadiləsini və digər nağd əməliyyatları əhatə edir.

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan əməliyyatlar məbləğindən asılı olmayaraq Maliyyə Monitorinqi Xidmətinə bildirilməlidir.

Həmçinin xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və yaxın münasibətdə olduqları şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar, eləcə də dini qurumların və qeyri-hökumət təşkilatlarının bank və digər ödəniş hesabları üzrə əməliyyatları məbləğindən asılı olmayaraq hesabatlandırılacaq.

Qaydalara əsasən, aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində təqdim edilməlidir.

Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Qərar 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.

Previous Post

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

Next Post

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Bənzər yazılar

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Elchi.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

09 Oktyabr 2026 - 14:53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb. Elchi.az bu barədə Dövlət...

Next Post
Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.