Yaponiyanın Okinava prefekturasındakı Yonaquni adası yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. Rəsmilər təkanlardan sonra sunami təhlükəsinin olmadığını açıqlayıblar.
Elchi.az xəbər verir ki, zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasında təşviş yaranıb. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, 6,0 bal gücündəki zəlzələnin episentri Yonaquni adası yaxınlığında yerləşib. Yerli vaxtla saat 14:00-da 10 kilometr dərinlikdə qeydə alınan təkanlar dəniz səviyyəsində mümkün dəyişikliklərlə bağlı xəbərlərə səbəb olsa da, rəsmilər sunami təhlükəsinin olmadığını təsdiqləyiblər. Zəlzələ Okinava prefekturasının müxtəlif bölgələrində güclü hiss olunub və qısamüddətli təşvişə səbəb olub.
Şayəstə




















