İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında döyüşkən ruhlu çıxış edərək, Qəzza zolağı və İranla bağlı münaqişələri barbarlara qarşı mübarizə kimi səciyyələndirib.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
BMT binasının qarşısındakı etirazçılara birbaşa müraciət edən Netanyahu onlardan soruşub ki, yanvar ayında Tehranda rejim əleyhinə nümayişlər zamanı İranın təhlükəsizlik qüvvələri minlərlə insanı öldürərkən onlar harada idilər.
“Ölkəm və cəsur əsgərlərimiz haqqında bu yalanı yayanların hamısına — istər bu zalda, istərsə də Nyu-Yorkun antisemit merinin ofisində olsun — deyirəm: sizə ayıb olsun!” – deyə Netanyahu bəyan etdi. “Faktları təhrif etdiyiniz üçün sizə ayıb olsun. Qurbanla təcavüzkarın yerini dəyişik saldığınız üçün sizə ayıb olsun. Həqiqətin üzünə tüpürdüyünüz üçün sizə ayıb olsun.”
İsrailin Baş naziri həmçinin ölkəsinin çoxsaylı tənqidçilərini ikiüzlülükdə ittiham etdi.
Daha əvvəl Netanyahu Nyu-York Şəhər Şurasının üzvü Zohran Mamdanini sərt tənqid edərək, onu həqiqətin səsini boğmağa cəhd etməkdə ittiham etmişdi. Siyasətçi vurğulamışdı ki, İsrail apardığı bütün müharibələrdə qaçılmaz olaraq qələbə çalacaq, çünki yəhudi dövlətinin başqa seçimi yoxdur.
Yeganə





















