Konqo Demokratik Respublikasının (KDR) ərazi sularındakı Tanqanika gölündə baş verən qayıq qəzasında ən azı 39 nəfər boğulub, daha 36 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələrinə istinadən Kongo radiosu məlumat yayıb.
Viloyat nəqliyyat Departamentinin rəhbəri Norris Mulonqoy təsdiqləyib ki, Kiqomadan (Tanzaniya) Kalemiyə (KDR) gedən qayıq KDR-in Tanqanika əyalətindəki Kabimba yaşayış məntəqəsinin sahillərində batıb.
Hadisə yerində axtarış-xilas etmə işləri davam etdirilir. İlkin məlumatlara görə, qayıq həddindən artıq yüklənmə səbəbindən batıb.
Məryəm





















