"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Erkən evlilik uşağın seçim haqqının əlindən alınmasıdır” – Fariz Əkbərovdan erkən nikahlarla bağlı vacib açıqlamalar

24 Sentyabr 2026 - 15:18
in CƏMİYYƏT
FacebookVatsap

Erkən nikah bir çox hallarda “ailə dəyəri”, “qızın gələcəyini təmin etmək” və ya sosial ənənələrlə əsaslandırılır. Lakin yetkinlik yaşına çatmadan qurulan evlilik uşağın təhsilindən və şəxsi inkişafından uzaqlaşmasına, sosial və psixoloji problemlərlə üzləşməsinə səbəb ola bilər.

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bəs erkən nikahın qarşısının alınması üçün ailə və cəmiyyət hansı məsuliyyəti daşıyır? Qanunvericilik bu hallara necə yanaşır və risklə üzləşən yeniyetmənin hansı müdafiə imkanları var?

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov Elchi.az-ın suallarını cavablandırıb.

– Fariz müəllim, erkən nikah Azərbaycanda bu gün nə dərəcədə ciddi sosial problem olaraq qalır? Sizin hüquqi-sosial sahədəki fəaliyyətiniz zamanı bu problemlə bağlı hansı əsas tendensiyaları müşahidə edirsiniz?

– Erkən nikah fərdin psixi, mənəvi və bioloji inkişafına mənfi təsir göstərən, təhsildən uzaqlaşmasına və sosiallaşmasına mane olan ciddi sosial problemdir. Beynəlxalq statistikaya görə, hər il dünyada milyonlarla uşaq erkən nikaha cəlb olunur. Beynəlxalq səviyyədə erkən nikah uşaq hüquqlarının pozulması və uşaq istismarının formalarından biri kimi qiymətləndirilir və bunun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Erkən yaşda evləndirilən qızların zorakılıqla üzləşmə riski də daha yüksəkdir. Təhsildən və iqtisadi imkanlardan məhrum olmaq, tərəflər arasında yaş və güc fərqi, qadının qərarvermə imkanlarının məhdudlaşması erkən nikahların əsas risklərini formalaşdırır.

– Erkən nikahların xüsusilə regionlarda daha çox müzakirə olunmasının səbəbləri hansılardır? Burada ailə, sosial mühit və iqtisadi amillər hansı rolu oynayır?

– Evlilik şəxsin öz seçimi əsasında verdiyi qərar olmalıdır. Erkən evlilik isə bir çox hallarda uşağın bu seçim haqqının əlindən alınması deməkdir. Uşağın yaşına uyğun olmayan ailə, ev və uşaq baxımı kimi məsuliyyətlərlə erkən üz-üzə qalması onun şəxsi inkişafına və təhsilinə mənfi təsir göstərir.
Ailənin maddi vəziyyəti, valideyn təzyiqi, sosial mühit, ənənəvi yanaşmalar və gender stereotipləri də bu problemin yaranmasına təsir edən amillərdəndir. Xüsusilə qızların erkən evləndirilməsi onların gələcəkdə iqtisadi və sosial baxımdan həyat yoldaşından asılı vəziyyətə düşməsi riskini artırır.

– Azərbaycan qanunvericiliyində nikah yaşı ilə bağlı hansı tələblər var və yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsinə görə hansı hüquqi məsuliyyət nəzərdə tutulur?

– Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18 yaş müəyyən edilib. Bu yanaşma beynəlxalq uşaq hüquqları standartları ilə də uzlaşır. 18 yaşdan aşağı şəxslərin nikaha cəlb edilməsi uşağın fiziki, mənəvi və psixoloji baxımdan ailə və valideynlik məsuliyyətinə hazır olmadığı bir şəraitdə belə öhdəliklərlə üzləşməsi deməkdir. Bu səbəbdən erkən nikah məsələsinə yalnız ailə münasibəti kimi deyil, həm də uşağın hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələsi kimi yanaşmaq lazımdır.

– Yetkinlik yaşına çatmayan şəxsin erkən nikaha “öz razılığı ilə” daxil olması hüquqi baxımdan bu nikahı legitim edir? Bu məsələdə cəmiyyət hansı məqamı bilməlidir?

– Yetkinlik yaşına çatmayan şəxsin razılığı erkən nikahı hüquqi baxımdan legitimləşdirən əsas kimi qəbul edilə bilməz. Nikah hüququ Ailə Məcəlləsi ilə tənzimlənən hüquqi institutdur və burada yalnız tərəflərin razılığı deyil, onların nikah yaşına çatması və qanunvericiliyin digər tələblərinə əməl olunması əsas şərtlərdir.
Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı, nikah yaşına çatması və qanunvericilikdə nəzərdə tutulan digər tələblərə əməl edilməsi vacibdir. Qanunvericilikdə nikaha mane olan hallar da müəyyən edilib. Buraya müəyyən qohumluq münasibətləri, tərəflərdən birinin və ya hər ikisinin başqa şəxslə nikahda olması, tibbi müayinədən keçməmə və digər hallar daxildir.

– Erkən nikaha sövq edilən və ya belə bir risklə üzləşən yeniyetmə və onun ailəsi hansı hüquqi və sosial yardım imkanlarından istifadə edə bilər?

– Belə vəziyyətlə üzləşən yeniyetmə ilk növbədə etibar etdiyi böyüyə, məktəbin aidiyyəti şəxslərinə və müvafiq dövlət və sosial müdafiə qurumlarına müraciət edə bilər. Riskin olduğu hallarda məsələ gizlədilməməli və uşağın hüquqlarının müdafiəsi üçün aidiyyəti qurumlara məlumat verilməlidir. Burada əsas məqsəd yalnız baş vermiş nikaha reaksiya vermək deyil, riskin erkən müəyyənləşdirilməsi və uşağın təhlükəsizliyinin təmin edilməsidir. Ailə də belə hallarda uşağın mənafeyini, təhsilini, fiziki və psixoloji təhlükəsizliyini hər şeydən üstün tutmalıdır.

– Valideynlərin erkən nikahla bağlı mövqeyi nə dərəcədə həlledicidir? “Qızın gələcəyini təmin etmək” və “ailə dəyəridir” kimi arqumentlərə necə cavab vermək lazımdır?

– Valideynlərin mövqeyi bu məsələdə çox böyük əhəmiyyət daşıyır. “Qızın gələcəyini təmin etmək” və ya “ailə dəyəridir” kimi arqumentlər uşağın hüquqlarını və gələcək seçimlərini məhdudlaşdırmamalıdır. Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməli, onların istismarına, təhqir edilməsinə və mənəviyyatının alçaldılmasına yol verməməlidirlər. Uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də uşağın gələcəyini təmin etməyin yolu onun erkən evləndirilməsi deyil, təhsil almasına, inkişafına və öz gələcəyi ilə bağlı sərbəst qərar verməsinə şərait yaratmaqdır.

– Erkən nikahların qarşısının alınmasında maarifləndirmə kampaniyaları, media və QHT-lər hansı rolu oynaya bilər?

– Erkən nikahların qarşısının alınmasında maarifləndirmə mühüm vasitələrdən biridir. İnsanlara erkən nikahın hüquqi və sosial nəticələri, uşaqların hüquqları və bu halların yaratdığı risklər barədə düzgün və davamlı məlumat verilməlidir.
Bu istiqamətdə media və QHT-lər cəmiyyətin məlumatlandırılmasına, problemin görünən olmasına və ailələrdə düzgün yanaşmanın formalaşmasına mühüm töhfə verə bilərlər. Dövlət qurumları, vətəndaş cəmiyyəti və media arasında əməkdaşlığın gücləndirilməsi də bu işin effektivliyini artıra bilər.

– Problemin köklü həlli üçün dövlət, ailə, məktəb, QHT və media hansı istiqamətlərdə birgə fəaliyyət göstərməlidir? Sizcə, hazırda ən çox hansı addıma ehtiyac var?

– Əsas istiqamətlərdən biri erkən nikahların riskləri barədə uşaqların, valideynlərin və cəmiyyətin davamlı maarifləndirilməsidir. Bununla yanaşı, məktəblərin, QHT-lərin, yerli dövlət və özünüidarə orqanlarının imkanları əlaqələndirilməli, risk qrupları ilə sistemli iş aparılmalıdır.
Müasir ailə münasibətləri, uşaqların hüquqları və gender bərabərliyi ilə bağlı maarifləndirici fəaliyyət davamlı xarakter daşımalıdır. Eyni zamanda, problemin miqyasını və risklərini daha düzgün qiymətləndirmək üçün məlumat bazasının və əlaqələndirilmiş fəaliyyət mexanizmlərinin formalaşdırılması vacibdir.
Ən əsası isə uşağın mənafeyi bütün qərarların mərkəzində dayanmalıdır. Erkən nikahın qarşısının alınması yalnız bir qurumun deyil, ailənin, məktəbin, dövlətin, vətəndaş cəmiyyətinin və medianın ortaq məsuliyyətidir.

Müsahibə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Əvvəl bilik, sonra birlik” layihəsi çərçivəsində hazırlanıb.

Previous Post

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Next Post

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.