Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşdə amerikalı həmkarı Donald Trampdan Rusiyaya qarşı təzyiqləri artırmağı xahiş etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa lideri Trampla Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmək və onu doğru qərarlar qəbul etməyə – Kiyevə dəstəyi davam etdirməyə və Moskvaya təzyiq göstərməyə – inandırmaq istəyir.
Daha əvvəl Makron, Kiyevə gecə saatlarında endirilən zərbələrdən sonra Avropa ölkələri tərəfindən Rusiyaya qarşı təzyiqlərin artırılacağını vəd etmişdi. O, Avropanın nə yorğunluğa, nə də hədə-qorxuya təslim olmayacağını vurğulamışdı.
Yeganə





















