Fransa hökuməti kritik vacib infrastrukturun ehtimal olunan dron və kiberhücumalardan qorunması üzrə plan hazırlayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron parlament partiyalarının liderləri ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.
“Daxili işlər naziri hökumətə kritik vacib infrastrukturumuzun, eləcə də müdafiə sənayemizin və texnoloji bazamızın ən həssas obyektlərinin dronlardan istifadə etməklə hücumlardan və kiberhücumlardan qorunması planını hazırlamağı tapşıracaq”, – deyə Makron bildirib.
Məryəm





















