Tailand Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Departamenti trombositopeniya ilə müşayiət olunan ağır qızdırma sindromu (SFTS) təhlükəsi səbəbindən krallıq sakinlərini yoluxmuş gənə dişləmələrindən qorunmağa çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilir.
Departamentin baş direktoru Montien Kxanasavatın sözlərinə görə, 2019-cu ildən 2026-cı ilədək ölkədə 10 SFTS yoluxma halı qeydə alınıb ki, bunlardan 5-i ölüm xəsarəti ilə nəticələnib. 2026-cı ilin əvvəlindən sentyabrın 16-dək 3 hal müəyyən edilib, 2 xəstə vəfat edib. Ölüm hallarının əksəriyyəti gənələr və ya ev heyvanları ilə təmasda olan 50 yaşdan yuxarı şəxslərin payına düşür.
“SFTS gözardı edilməyəcək bir xəstəlikdir, çünki bəzi xəstələrdə ağır keçir və ölümlə nəticələnə bilər. Qeyd etmək vacibdir ki, ilkin simptomlar — yüksək qızdırma, baş ağrısı, yorğunluq, bədəndə ağrılar, ürəkbulanma, qusma və ya diareya — adi infeksiyaları xatırlada bilər, bu səbəbdən xəstələr tez-tez risk qrupunda olduqlarını dərk etmirlər”, — deyə Kxanasavat bildirib.
SFTS-ə səbəb olan virus əsasən yoluxmuş gənələrin dişləməsi, daha nadir hallarda isə xəstə heyvanların qanı və ya ifrazatları ilə təmas vasitəsilə keçir. İnkubasiya dövrü bir-iki həftə təşkil edir. Ağır hallarda xəstələrdə qanaxma, mərkəzi sinir sisteminin zədələnməsi, qaraciyər və böyrək çatışmazlığı müşahid olunur. Səhiyyə qurumları ev heyvanlarını, həyətləri və təsərrüfatları müntəzəm olaraq gənəəleyhinə vasitələrlə emal etməyə, heyvanlarla təmasda əlcək və qapalı geyimlərdən istifadə etməyə, gənə dişləməsindən sonra qızdırma simptomları yarandıqda isə təcili həkimə müraciət etməyə çağırır.
Məryəm





















