ABŞ-ın Los-Anceles şəhərində xəbər helikopterinin qəzaya uğraması nəticəsində azı üç nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə iki yük konteyneri və bir neçə nəqliyyat vasitəsinin yandığı əks olunub. Yanğınsöndürmə briqadaları yanğının söndürüldüyünü bildiriblər.
Helikopteri kimin idarə etdiyi hələlik məlum deyil, lakin yerli KİV-lərin məlumatına görə, helikopter ölümcül nəticələnən avtobus qəzasının baş verdiyi ərazinin yaxınlığında uçuş həyata keçirirmiş.
Los-Anceles Polis Departamenti qəzaya uğrayan helikopterin onlara məxsus olmadığını təsdiqləyib.
Hadisə çərşənbə axşamı yerli vaxtla saat 19:00-a az qalmış Lurline prospekti ilə Nordhoff küçəsinin kəsişməsində baş verib.
Hadisə ilə bağlı araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.
Şayəstə





















