İstefa vermiş Ukraynanın Baş prokuroru Ruslan Kravçenko “Telegram” kanalında xaricə getdiyini təsdiqləyib.
Elchi.az xəbər verir ki, o, xarici ezamiyyətdə olduğunu qeyd edib. Səfər çərçivəsində Kravçenkonun bir sıra görüşləri planlaşdırılır; bu görüşlərdə o, beynəlxalq tərəfdaşları korrupsiyaya qarşı mübarizə orqanları sistemindəki real vəziyyət barədə məlumatlandırmağı nəzərdə tutur.
Buna qədər Kravçenko Ukrayna Milli Anti-Korrupsiya Bürosunun (NABU) direktoru Semyon Krivonosa qarşı şübhə elan edilməsi haqqında qərar imzalayıb. O, həmçinin Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) rəhbəri Aleksandr Klimenkoya yaxın olan bir şəxsə aid ikinci şübhə sənədini imzaladığını bildirib.
Bu hadisələr Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) və Xüsusi Anti-Korrupsiya Prokurorluğu (SAP) tərəfindən başladılan miqyaslı istintaq tədbirlərindən sonra baş verib. Sentyabrın 4-də onlar dələduzluq zəng mərkəzləri (koll-mərkəzlər) şəbəkəsinə havadarlıq edilməsi və əmlakın leqallaşdırılmasında əli olan “Ukrayna Baş Prokurorluğunun vəzifəli şəxsi tərəfindən idarə edilən” cinayətkar təşkilatın ifşası üzrə “Karfagen” əməliyyatının keçirildiyini elan etmişdilər.
Bununla belə, Kravçenko özü hələ sentyabrın 7-də rəsmi olaraq istefasını açıqlamışdı. O, vəzifədən getməsini “siyasi qərar” adlandırmışdı.
Məryəm





















