Xristian Demokratik İttifaqının (CDU) baş katibinin müavini Kristina Ştump, partiya lideri Fridrix Mertsin tələbinə baxmayaraq, vəzifəsindən istefa verməkdən imtina edib.
Elchi.az xəbər verir ki, “Der Spiegel” nəşri alman liderə qarşı baş verən bu etiraz barədə məlumat yayıb.
Məlumatda deyilir: “Merts CDU-nun mərkəzi qərargahının rəhbər heyətini yeniləmək istəyir, lakin Ştump öz istəyi ilə vəzifəsindən getməkdən imtina edir. Onun gedişini daha məqbul etmək məqsədilə ona parlament fraksiyasında vəzifə təklif olunub. Artıq orada liderin nüfuzunun zəifləməsi barədə söhbətlər dolaşır”.
Qeyd olunur ki, Saksoniya-Anhalt əyalət seçkilərində CDU-nun məğlubiyyətindən sonra adi bir kadr məsələsi xüsusi diqqət mərkəzinə düşüb. Stumpp sonda vəzifəsindən getməyə razılaşsa da, parlament fraksiyasının bəzi üzvləri bu hadisəni Mertsin zəifləyən mövqeyinin növbəti sübutu kimi qiymətləndiriblər.
Daha əvvəl CDU üzvü Tino Şoman Saksoniya-Anhaltdakı seçki uğursuzluğundan sonra Mertsin istefasını tələb etmişdi. “Bizə empatiya hissi aşılayan və etimad doğuran bir şəxsiyyət lazımdır. O isə bunu bacarmadığını nümayiş etdirib”, – deyə siyasətçi vurğulamışdı.
Yeganə





















