"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Səmərəli mesajların hazırlanması və onların dəqiq təyinat ünvanlarına çatdırılması uğurlu siyasətin əsas meyarıdır. Sözügedən təsbiti çəkinmədən hər yerdə səsləndirə bilərik. Bəzən isə mesaj konkret siyasi hədəfə çatmağın hətta yeganə vasitəsinə çevrilə bilir. Mesaj xəbərdarlıq, anons, təhdid, çaşqınlığın yaradılması, mövqeyin bildirilməsi, şifrlənmiş xəbərin çatdırılması və ya sadəcə əks tərəfdə müəyyən bir həyəcanın yaradılması məqsədilə ötürülə bilir. Odur ki, informasiya bolluğu dövründə peşəkar mesajın hazırlanması və lazımi ünvana effektiv şəkildə çatdırılması böyük bir sənətdir. Burada sadəcə qonşuluqda yaşayan “Validə” xalanın ünsiyyətlilik və çevikliyinə ümid etmək olmaz.

Bunu da oxuyun

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu fikirlər politoloq Asif Adilin “Mesajların hökmranlığı” adlı məqaləsində yer alıb.

Elchi.az məqaləni təqdim edir.

Orta əsrlərdə hər hansı bir vacib məlumatı ictimaiyyətə çatdıran atlı carçıları insanlar hər zaman həyəcanla gözləyirdilər. Topluma çatdırılan hər bir mesajın yüzlərlə azad yozumu daha sonra bazarlarda piştaxtaların arasında dolaşırdı. Müasir dövrdə də ötürülən hər bir siyasi mesaj əhalinin ictimai təfəkküründə fərqli emosiyalar yarada bilir. Odur ki, əsirlər keçməsinə rəğmən, bəsit və qeyri-peşəkar yanaşmalar üstünlük təşkil edən idarəetmə və siyasətdə mövcud məsələdə böyük mənada dəyişən heç nə olmayacaq.

Təəssüf ki, müasir dövrdə bir çox dövlət qurumların, hətta bütöv sahələrin rəhbərləri ictimaiyyətlə işinin təşkilinin məzmununu hələ də həmin o orta əsrlərdəki atlı carçıların gördükləri işin məzmunu ilə eyniləşdirirlər. Şübhəsiz ki, mövcud sahədə məzmun etibarilə dəyişikliklərin baş verməsi mütləqdir. Mesaj, sadəcə kommunikasiya aləti deyil. Mövzuya bir qədər fəlsəfi yanaşsaq hətta deyə bilərik ki, “mesaj” elə idarəetmə və siyasətin özüdür.

Dünyada cərəyan edən proseslərin kökündə dayanan əsas amillərə diqqət yetirsək deyə bilərik ki, artıq “ideya” yox, məhz “mesajlar” insanların, o cümlədən, siyasi seçimlərin məzmununu müəyyən edir. Razılaşın ki, mövcud tendensiya yumşaq desək, heç də inkişafın təzahürü ola bilməz. Bizə yaxın olan tarixdə dəfələrlə ona şahidlik etmişdik ki, ABŞ kimi dövlətin rəhbəri tərəfindən sosial şəbəkə vasitəsilə ötürülən hətta kiçik mesaj belə mühüm proseslərin gedişatına təsir edə bilir.

Tarixdən onu da yaxşı bilirik ki, konkret xalqın bir lideri tərəfindən publik şəkildə ötürülən mesaj həmin xalqın taleyini belə dəyişdirə bilər. Azərbaycan xalqı da məhz o nadir xalqlardandır ki, onun Lideri tərəfindən səsləndirilmiş mesaj həm fərəhlə yaşamağa, həm gələcəyə ümidlə baxmağa səbəb olub. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” sözləri milli yaddaşımıza ünvanlanmış Qələbə mesajıdır. Milli qüruru oyandıran bu mesaj milli ideologiyamızın da ritmini və mahiyyətini müəyyən etməlidir. “Qələbə” ifadəsi isə bütün sahələrin ideoloji fəaliyyətinin əsas leytmotivinə çevrilməlidir. Heç bir qərəzli manipulyasiya bu Qələbə mesajını bizim milli yaddaşımızdan silə bilməz.

Mesajlar kontekstinin inkişafında onu da diqqətdən qaçırmaq olmaz ki, virtual dünyanın real həyatımızda payı çoxaldıqca obyektiv olaraq yalan məlumatın pis əməl kimi dəyərləndirilməsi hallarının sayı azalacaqdır. Belə ki, virtual reallıqda “yalan” məfhumu çox asanlıqla sadəcə “məlumat” sözü ilə əvəzlənir. Bunun nəticəsində eşidilən yalana öncə ictimaiyyətin münasibəti kütləşir, bundan sonra isə yalan adiləşir və tədricən ümumiyyətlə “yalan”, qəbul olunmuş əxlaq normaları pozan amillər siyahısından silinir.

Burada daha bir “maraqlı” sosial-psixoloji qanunauyğunluğu nəzərə almalıyıq. Belə ki, “təhsil” və “elm” kimi sahələr dayazlaşdıqca, ictimai təfəkkürün məzmunu bəsitləşdikcə, kitablar isə sadəcə otağı bəzəyən dekora çevirdikcə insanlar arasındakı ünsiyyət deqradasiyaya uğrayır. Ünsiyyət, sadəcə kiçik mesajların ötürülməsi ilə məhdudlaşmağa başlayır. Təsadüfi deyil ki, sosial şəbəkələrdəki yazılarımız getdikcə daha çox müxtəlif smayliklərlə əvəzlənir. Misal üçün sosial şəbəkə psixologiyasına əsasən əgər münasibətlər “təşəkkür”dən “tşk”yə keçibsə, bilin ki, siz artıq aktual deyilsiniz. Odur ki, fərqli düşüncə ovunda yox, məhz məlumatlılıq ovunda olan təhsil modelinə üstünlük verilən yerdə mesajların rolu bundan sonra daha da artacaqdır. Mövcud vəziyyət nə pisdir, nə də ki, yaxşıdır. Ancaq biz həqiqətən də mesajların hökmranlıq etdiyi dövrdə yaşayırıq.

Previous Post

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

Next Post

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

Bənzər yazılar

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Elchi.az xəbər verir ki, tədbir Heydər...

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53

Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı...

İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00

Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi və iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mühüm təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının İqlim...

Next Post
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

08 Noyabr 2026 - 19:52
Türkiyə Ağdamda yeni məktəb inşa edir

Türkiyə Ağdamda yeni məktəb inşa edir

08 Noyabr 2026 - 19:43
Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

08 Noyabr 2026 - 19:18
Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

08 Noyabr 2026 - 19:09
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

08 Noyabr 2026 - 19:00
FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

08 Noyabr 2026 - 18:52
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

08 Noyabr 2026 - 18:48
Birinci xanımlar çay masasında söhbətləşdi

Birinci xanımlar çay masasında söhbətləşdi

08 Noyabr 2026 - 18:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər – FOTO

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər – FOTO

08 Noyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.