Ukrayna Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş raket-önləyicilərin demək olar ki, hamısını sərf edib və bu problemin qısamüddətli perspektivdə həlli yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazır.
Məqalədə qeyd olunur ki, ABŞ-nin İrana qarşı müharibəsi nəticəsində “Patriot” kompleksləri üçün olan raket-önləyici ehtiyatları tükənib və Kiyevin tərəfdaşlarından heç biri onların bərpa olunma ehtimalı demək olar ki, olmadığı bir vaxtda öz raketlərini vermək istəmir.
“Ümidverici bəzi irəliləyişlər var, lakin bunlardan heç biri Ukraynaya qısamüddətli perspektivdə kömək almağa imkan verməyəcək”, — deyə nəşr vurğulayır. “The Economist”in məlumatına görə, 2026-cı ilin sonuna qədər Ukrayna “Aster” raket-önləyiciləri ilə birlikdə Fransanın və İtaliyanın “SAMP/T” zenit-raket kompleksinin iki daha köhnə batareyasını, 2027-ci ildə isə səkkiz yeni “SAMP/T NG” almalıdır. Nəşr Kiyevin “Aster” raketlərini öz gücü ilə istehsal etmək üçün lisenziya ala biləcəyini istisna etmir, lakin bu da vaxt tələb edəcək.
Məryəm





















