“Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar”.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Radio Sputnik”də bildirib.
“Bu, məhz Qərb elitalarının reallıqdan uzaqlaşması adlandırdığımız vəziyyətin göstəricisidir. Onlar öz xalqlarının nə istədiyini nə görür, nə də eşidirlər. Onlar qulyabanılara bənzəyirlər – mən ‘parazit’ sözünü işlətmək istəmirəm, lakin onlar qulyabanılar kimi dişlərini öz ölkələrinin bədəninə keçiriblər”, – deyə diplomat vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Qərb rəsmiləri öz ölkələrinin və xalqlarının əsl iradəsinə zidd bir xətti izləmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar.
Daha əvvəl Zaxarova bildirmişdi ki, Almaniya kansleri Fridrix Merts Almaniyanın hərbi-sənaye kompleksinin quludur.
Yeganə





















