Böyük Britaniya Ukraynaya, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş raketlər daxil olmaqla, 100 milyon funt-sterlinq dəyərində hava hücumundan müdafiə sistemləri təqdim edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan bəyanatda məlumat verilib.
“Biz müttəfiqləri səfərbər etməyə və mümkün olan hər yerdə dəstək göstərməyə söz vermişdik. Bu gün biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirməklə və 50 müttəfiqlə birlikdə öhdəlikləri real imkanlara çevirməklə həmin vədi yerinə yetiririk”, – deyə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib.
Məlumatlara görə, yaxın aylarda London Almaniya, Danimarka, Litva, Niderland, Norveç və İsveçin maliyyə dəstəyi ilə Kiyevə on minlərlə uzaq mənzilli artilleriya mərmisi tədarük edəcək.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyaya heyfsləndiyini bildirmişdi; o qeyd etmişdi ki, Böyük Britaniya Ukraynanın yanında sona qədər qalacağına söz verib, lakin həmin sonluq xoş olmayacaq.
Yeganə





















