Tanzaniya Prezidenti Samiya Suluhu Həsənin həyat yoldaşı Hafid Ameir Həsən Zanzibardakı xəstəxanada vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Deoqratius Ndecmbi məlumat verib.
“Tanzaniya Prezidenti Samiya Suluhu Həsənin həyat yoldaşı Hafid Ameir Həsənin vəfatını dərin kədərlə bəyan edirəm”, — deyə “The Citizen” qəzeti vitse-prezidentin sözlərini sitat gətirir.
Ameir Həsən yerli vaxtla saat 08:00 radələrində ürək xəstəliyi ilə bağlı müalicə aldığı Emilio Mzena adına xəstəxanada dünyasını dəyişib. Dəfn mərasiminə hazırlıq Zanzibar adasındakı Kizimkazi kəndində aparılır. Dəfnin tarixi hələlik açıqlanmayıb.
Afrika İttifaqı Komissiyasının sədri Mahamud Əli Yusif, eləcə də Burundi və Keniyanın prezidentləri Evarist Ndayişimiye və Uilyam Ruto Suluhu Həsənə başsağlığı veriblər. “Prezident Samiya həyat yoldaşını, övladları sevimli atalarını, Tanzaniya isə görkəmli oğlunu itirdi”, — deyə Keniya lideri qeyd edib.
Ameir Həsən ixtisasca aqronom olub və ictimai tədbirlərdə nadir hallarda görünüb. Cütlük 1978-ci ildən evli idi, onların dörd övladı var.
Məryəm





















