İspaniyada hava müşahidələri tarixində sentyabr ayı üçün mütləq temperatur rekordu təkrar olunub. Sentyabrın 3-də Əndəlüs muxtar birliyinin Əl-Qranado bələdiyyəsində termometrlər 45,7 dərəcə Selsini göstərib.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Meteorologiya Agentliyi (Aemet) məlumat verib.
Məlumatda bildirilir ki, bu göstərici cari ildə krallıq ərazisində qeydə alınan ən yüksək temperatur olub. “Aemet” qeyd edir ki, havanın hərarəti 2016-cı ildə Montoro bələdiyyəsində qeydə alınmış tarixi sentyabr maksimumuna təkrarən çatıb.
Səlahiyyətlilər bundan əvvəl bildirmişdilər ki, 2026-cı ilin birinci yarısı krallıqda son 65 ilin ən isti dövrü olub. Cari ilin iyun ayı ən isti ikinci iyun, iyul ayı isə müşahidələrin aparıldığı 1961-ci ildən bəri ən bürkü və quraq ay kimi tarixə düşüb.
Məryəm





















