Saksoniya-Anhalt federal əyalətinin sakinləri yerli seçkilər ərəfəsindəki səfəri zamanı Almaniya kansleri Fridrix Mertsə qarşı narazılıqlarını ifadə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Saksoniya-Anhalt səfəri çərçivəsində Merz rəhbərlik etdiyi Xristian Demokratik İttifaqının (CDU) nümayəndələri ilə qapalı görüş keçirib. Tədbirdən sonra kansler yerli sakinlərlə görüşməyə çıxmayıb; əvəzində o, sadəcə onlara əl yelləyib və tələsik şəkildə avtomobillə binanı tərk edib.
Media orqanı tərəfindən yayımlanan görüntülərdə Merts limuzinə minərkən izdihamın “Rədd olun!” deyə qışqırdığı əks olunub.
Daha əvvəl məlumat verilmişdi ki, CDU üzvləri sentyabrın 6-na təyin edilmiş Saksoniya-Anhalt yerli seçkilərindən sonra Mertsin istefasını müzakirə edirlər.
Yeganə



















