“Almaniya kansleri Fridrix Merts ölkə vətəndaşlarının maraqlarını müdafiə etmir, əksinə, onları qurban verir”.
Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Bişkekdə jurnalistlərə açıqlamasında belə deyib.
“Almaniya hakimiyyətinin hərəkətlərinə gəldikdə isə, hesab edirəm ki, bu, ilk növbədə daxili siyasi vəziyyətlə bağlıdır – kansler çətin vəziyyətdədir. O, vətəndaşların etimadını qazanmayıb və bunun səbəbi də aydındır”, – deyə Putin bildirib.
Rusiya Prezidenti daha əvvəl Almaniyada həyat səviyyəsinin aşağı düşdüyünü bildirmişdi. İnsanlar işlərini itirməkdə davam edirlər. Bundan əvvəl Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bəyan etmişdi ki, Fridrix Mersin fanatik rusofobiyası Almaniyanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Onun sözlərinə görə, almanların yalnız 13 faizi Mersin siyasətini dəstəkləyir.
Yeganə





















