Ukrayna əhalisi əsrin sonunadək 15 milyon nəfərə qədər azala bilər.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın demoqrafiya və əmək miqrasiyası üzrə eksperti, Ukrayna Miqrasiya Siyasəti Ofisinin rəhbəri Vasili Voskoboynik bildirib.
“Əgər depopulyasiyanı stabilləşdirmək mümkün olmasa, ölkəni tədricən sönmə gözləyir: yaşlı insanların payı artacaq, uşaqların sayı azalacaq, bu əsrin sonuna qədər isə Ukraynada cəmi 15 milyon nəfərə yaxın insan qala bilər”, — deyə o, “VİTA TV” regional telekanalına müsahibəsində deyib.
Məryəm





















