"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Tarixlə tarixçi alimlər məşğul olmalıdır”-Qüdrət Həsənquliyev

30 Avqust 2026 - 12:50
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, mediada, sosial şəbəkələrdə tariximizlə bağlı heç cür bitməyən müzakirələrə münasibətinizi bilmək istərdik…

– Tarixlə tarixçi alimlər (elmi dərəcələrinin olub-olmamasından asılı olmayaraq, bu sahəni peşə seçmiş və elmi tədqiqatlar aparan şəxslər) məşğul olmalıdır. O şəxslər tarixçi alim hesab olunur ki, onlar tarixi hadisələrə obyektiv yanaşsın, güclü araşdırma qabiliyyətinə, tənqidi düşüncəyə, geniş dünyagörüşə – tarixlə yanaşı siyasət, iqtisadiyyat, mədəniyyət, coğrafiya və digər sahələrə aid bilgilərə sahib olsun. Müxtəlif ölkələrin və dövrlərin mənbələrini araşdırmaq üçün xarici və qədim dilləri bilsin. Arxiv sənədləri, qədim mətnlərlə, çoxsaylı meteriallarla işləmək bacarığı olsun, öz elmi araşdırmalarının nəticələrini aydın, məntiqli və elmi şəkildə təqdim etməyi bacarsın. Qoy oxucular desin, bizdə tarixi müzakirələr açmış, yaxud bu müzakirələrə qoşulmuş şəxslərin neçəsi bu keyfiyyətlərə malikdir? Tarixi hadisələrə bu gündən qiymət vermək kökündən səhvdir. Soljenitsinin belə bir sözü var, “mütləqiyyət qəddarlıq doğurur”. Orta əsrlərdə başqa idarəçilik forması yox idi, ona görə həmin dövrü qəddarlıq dövrü də adlandırmaq olar. Bu gündən yanaşsaq, gərək özbəklər Əmir Teymurdan, monqollar Çingiz xandan, ruslar Pyotrdan, Anadolu türkləri Osmanlı tarixindən və s. imtina etsin. Orta əsrlərdə dövlətlər sülalə, din və imperiya prinsipləri əsasında qurulurdu. Yalnız 18-19-cu əsrlərdə milli dövlət anlayışının əsasları yaranmağa başladı. Osmanlı tarixinə diqqət yetirmək kifayətdir. Tarixi mövzuda müzakirələrə qoşulanlar bütün bunları nəzərə almalıdırlar. 20-ci əsrə qədərki tariximizin üstündən xətt çəkə bilmərik. Bunu edənlər böyük tarixi və siyasi səhvə yol verirlər, xalqın özgüvən hissini öldürür, onda çatışmazlıq kompleksi formalaşdırırlar. İctimai-siyasi fəallar əsas diqqətlərini bu günümüzün problemlərinin müzakirəsinə yönəltməlidir. Keçmişlə və başqalarının problemləri ilə, kriminal elementlərlə, mənasız mövzularla lazım olandan çox məşğul oluruq. Hamı tarixçi və ya beynəlxalq məsələlər üzrə ekspert olub. Keçmişin ağır mirasından qurtulmaq üçün elmə, təhsilə, mədəniyyətə, təhlükəsizliyimizə daha çox vəsait ayırmalıyıq, kifayət qədər vəsaitimizin olması üçün isə güclü iqtisadiyyata sahib olmalıyıq. Günün əsas müzakirə mövzusu da bu olmalıdır.

– Parlamentin payız sessiyası başlayır, hansı qanunların qəbulunu istəyərdiniz?

– Yerli dövlət hakimiyyəti orqanları haqqında qanun qəbul edib, idarəetmədə böyük islahatlara yol açmaq olar. Bu qanunla dövlət hakimiyyətinin həyata keçirilməsində mövcud olan ifrat mərkəzləşməyə son qoyub, inkişafın yeni mərhələsinə keçid edə bilərik. Məhkəmələrdə andlı iclasçılar institutunun tətbiqini qanunvericiliyə daxil etmək lazımdır. Milli Məclisin yeni Daxili Nizamnaməsinin, amnistiya və əfvetmə haqqında qanunun qəbuluna ciddi ehtiyac var. İslahatlara başlanılacaqsa, çoxsaylı yeni qanunlar qəbul olunmalı, mövcud qanunlara isə ciddi dəyişikliklər edilməlidir. Daha yaxşı olardı ki, geniş ictimai müzakirələrdən keçən yeni Konstitusiya qəbul edək.

– Payızda ölkəmizə qarşı hansısa təxribatlar ola bilərmi?

– Hazırki müstəqil xarici siyasətimiz çoxlarını qıcıqlandırır. Ona görə belə cəhdlər ola bilər. Zaman-zaman biz şahidi olmuşuq ki, Prezidentin yaxın ətrafından kimlərsə müxtəlif motivlərlə bu cür təxribatlara qoşulub. Bəziləri iddiaları, yaxud təkəbbürlü olmaları səbəbindən imkanlarını, yaxud onları şirnikləndirənlərin imkanlarını düzgün hesablaya bilməyib. Bəzilərini şantajla bu cür təxribatlara təhrik ediblər. Bu gün də bəzən yersiz açıqlamaların şahidi oluruq. Düşünürəm, xalqımız, Prezident, polis və təhlükəsizlik orqanları, Silahlı Qüvvələrimiz bu cür təxribatların qarşısını almaq gücündədir. Təxribatlara qarşı ən sınanılmış mübarizə sosial problemlərin yaranmasının qarşısını vaxtında almaqdır.

Previous Post

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Next Post

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bənzər yazılar

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Next Post
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

07 Sentyabr 2026 - 12:52
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

07 Sentyabr 2026 - 12:29
Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib

Direktor: Azərbaycanın COP29-a ev sahibliyi iqlim diplomatiyasının inkişafına mühüm töhfə verib

07 Sentyabr 2026 - 12:27
“Kəpəz” – “Şamaxı” oyununu 15 000 tamaşaçı izlədi

“Kəpəz” – “Şamaxı” oyununu 15 000 tamaşaçı izlədi

07 Sentyabr 2026 - 12:17
Ksilitol tərkibli məhsullar zərərlidirmi? Ciddi risk xəbərdarlığı

Ksilitol tərkibli məhsullar zərərlidirmi? Ciddi risk xəbərdarlığı

07 Sentyabr 2026 - 12:09
8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb

8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb

07 Sentyabr 2026 - 11:55
Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

07 Sentyabr 2026 - 11:48
Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

Lavrov: Almaniyanın qərarları əsl müharibənin başlanğıcıdır

07 Sentyabr 2026 - 11:43
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

07 Sentyabr 2026 - 11:36
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib

Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib

07 Sentyabr 2026 - 11:28
ABŞ-da yük təyyarəsi uçuş-enmə zolağından çıxdı: 5 nəfər həlak oldu

ABŞ-da yük təyyarəsi uçuş-enmə zolağından çıxdı: 5 nəfər həlak oldu

07 Sentyabr 2026 - 11:20
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılıb

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılıb

07 Sentyabr 2026 - 11:12
Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 45%-ə yaxın artıb

GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir

07 Sentyabr 2026 - 11:05
Azərbaycanda kənd təsərrüfatında subsidiya veriləcək yeni sahələr açıqlanıb

Azərbaycanda kənd təsərrüfatında subsidiya veriləcək yeni sahələr açıqlanıb

07 Sentyabr 2026 - 11:00
Tehrandan Zelenskiyə ittiham: “Ukraynanı İranla müharibəyə cəlb etmək istəyir”

Zelenski: Müharibə, çox güman ki, qış aylarında da davam edəcək

07 Sentyabr 2026 - 10:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.