Kamerun sərhədi yaxınlığında, Mərkəzi Afrika Respublikasında qızıl mədənində çökmə baş verib. Hadisə nəticəsində ən azı 30 nəfərin həyatını itirdiyi bildirilir.
Elchi.az xəbər verir ki, çökmə Mərkəzi Afrika Respublikasının Nana-Mambere əyalətinin Abba bölgəsindəki qızıl mədənində baş verib. Faciəli hadisə nəticəsində çoxlu insan ölüb.
Əraziyə xilasetmə qrupları göndərilib. Nana-Mambere şəhərinin mer müavini Süleyman Bi bildirib ki, xilasetmə qrupları və yerli sakinlər bir neçə saat ərzində çökən mədəndən 30 nəfərin cəsədini çıxarıblar və yaralı mədənçilərə müalicə olunurlar.
Mərkəzi Afrika Respublikasında hökumətin nəzarətindən kənarda kiçik miqyaslı mədənçilikdə minlərlə insanın çalışdığı ərazilərdə mədən çökmələri tez-tez baş verir.
Məryəm


















