İlkin məlumatlara görə, Ukraynanın Rusiyanın Belqorod bölgəsinə həyata keçirdiyi raket hücumunda 6 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Rusiyanın Belqorod bölgəsinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev Ukraynanın bölgəyə həyata keçirdiyi raket hücumu ilə bağlı məlumat verib.
Şuvayev sosial media hesabında verdiyi açıqlamada Ukrayna ordusunun Belqorod bölgəsinin Koloskovo kəndinə raket hücumu təşkil etdiyini bildirib.
Hücum nəticəsində bir binanın yandığını qeyd edən Şuvayev bildirib ki, “6 nəfər həyatını itirib. Biri uşaq olmaqla 4 nəfər yaralanıb”.
Şayəstə





















