ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə xaricdən gəmi almağa icazə verən fərman imzalayıb. Bu sənədə əsasən, ABŞ ərazisindəki gəmiqayırma zavodlarına sərmayə qoyan xarici şirkətlər sonradan Amerika HDQ üçün gəmiləri ölkə xaricində də tikə biləcəklər.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu fərman son bir neçə onillikdə ilk dəfə olaraq Amerika HDQ üçün xaricdən gəmi satınalmasını mümkün edir.
Eyni fərmanda Prezident Tramp xüsusilə “Cerald Ford” sinfinə məxsus aviadaşıyıcılarda təyyarələrin buraxılışı üçün buxar start katapultlarından istifadəyə qayıtmağı tapşırıb. Əvvəllər bu tür katapultlar daha müasir elektromaqnit start sistemləri (EMALS) ilə əvəz olunmuşdu.
Donald Tramp uzun müddətdir ki, buxar katapultlarına qayıtmağın tərəfdarı kimi çıxış edir və EMALS sistemini daha baha və az effektiv olduğuna görə tənqid edirdi. “Reuters”in qiymətləndirməsinə görə, köhnə sistemə qayıdış yüz milyonlarla dollara başa gələcək.
Məryəm



















