"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan–Gürcüstan dəmir yolu ilə sərhəd keçidi sürətləndirilir

03 Avqust 2026 - 15:45
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir.

Bunu da oxuyun

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Bu barədə Elchi.az-a Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib:

“Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar”.

Qeyd edilib ki, əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub: “ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub”.

Görüşdə Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.

“Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək”, – ADY-dən bildirilib.

ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.

Son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.

Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.

 

Previous Post

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

Next Post

“Sabah”ın potensial rəqibləri müəyyənləşdi

Bənzər yazılar

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib. Bu barədə Elchi.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib...

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Next Post
“Sabah”ın potensial rəqibləri müəyyənləşdi

"Sabah"ın potensial rəqibləri müəyyənləşdi

“Qış gəlmədən bitməlidir” – Zelenskidən müharibə ilə bağlı iddialı açıqlama

"Qış gəlmədən bitməlidir” - Zelenskidən müharibə ilə bağlı iddialı açıqlama

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16
Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.