Minsk razılaşmalarının əsl məqsədi Ukraynaya yenidən silahlanmaq üçün vaxt qazandırmaq idi.
Elchi.az xəbər verir ki, bu fikirləri Almaniyanın keçmiş kansleri Angela Merkel qeyd edib.
Xəbərdə qeyd olunur ki, o, Minsk razılaşmalarının yalnız Rusiyanı aldatmaq və həmin vaxtdan istifadə edərək Ukraynanı silahla təchiz etmək üçün lazım olduğunu etiraf edib.
Bildirilir ki, zarafatcıllar özlərini Ukraynanın keçmiş prezidenti Petro Poroşenko kimi təqdim ediblər. Söhbətdən əvvəl Merkelin nümayəndələri ilə uzunmüddətli danışıqlar və elektron poçt yazışmaları aparılıb. Həmin vaxt artıq kansler vəzifəsini tərk etmiş olan Merkel müzakirədə iştirak etməyə həvəsli olmayıb və söhbətin məzmununun məxfi saxlanılmasını xahiş edib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Qərbin Minsk razılaşmalarını rədd etməsindən sonra Rusiya Donbası qorumaq məqsədilə xüsusi hərbi əməliyyata başlamağa məcbur qalıb.
Yeganə





















