Çinin şimal-qərbindəki Çinqhai əyalətində 5,7 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) açıqlamasına görə, Çinqhai əyalətinin paytaxtı Xininqdən təxminən 244 kilometr məsafədə, əhalisi az olan, yüksək hündürlükdə yerləşən ərazidə 5,7 və 5,8 bal gücündə iki zəlzələ qeydə alınıb.
10 kilometr dərinlikdə baş verən birinci zəlzələ yerli vaxtla saat 11:16-da, ikincisi isə saat 11:34-də baş verib.
Zəlzələlərdən ölənlər, yaralananlar və ya ziyanla bağlı hələlik heç bir açıqlama verilməyib.
Şayəstə





















