ABŞ-nin Florida ştatındakı Palm-Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb.
Elchi.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Hava limanının “Facebook” səhifəsində yayılmış məlumatda deyilir: “Bu gündən etibarən Palm-Biç Beynəlxalq Hava Limanı rəsmi olaraq Donald Tramp adına Beynəlxalq Hava Limanı adlandırılıb”.
Qeyd olunur ki, hava limanındakı lövhələrin və interyerin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bununla yanaşı, avqustun 18-dən etibarən hava limanının kodu “PBI”dan “DJT”yə dəyişdiriləcək.
Ağ Ev rəhbərinin oğlu Erik Trampın bildirdiyinə görə, adı dəyişdirilmiş hava limanına eniş edən ilk təyyarə Trampın özünə məxsus olan və “Trump Force One” adlandırılan “Boeing 757” tipli təyyarə olub.
Məryəm





















