"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub

06 İyul 2026 - 18:08
in SİYASƏT
FacebookVatsap

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.

Bunu da oxuyun

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

ƏHD Partiyası hökumətə çağırış edib

Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.

Söhbətdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq maraqların beynəlxalq səviyyədə müdafiəsinə xüsusi diqqət yetirib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Söhbət zamanı qanunverici orqanlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin, həmçinin parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Zimbabve ilə beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində müntəzəm təmaslar davam etdirilir və bu platformalarda əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Yakob Mudenda Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib, son illərdə sürətlə inkişaf edən paytaxt Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.

Zimbabvenin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini və ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri, hər iki ölkənin bölüşdüyü multilateralizm prinsiplərinin təşviqinin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinin qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin iqtisadi əlaqələrin önəmi barədə də fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Previous Post

Türkiyədə Ərdoğan və Trampın müzakirə edəcəyi mövzular açıqlanıb

Next Post

Sabah bağçalara qeydiyyat başlayır

Bənzər yazılar

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08

“Gürcüstanın Azərbaycan və Ermənistanla çox sıx münasibətləri var”. Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında...

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18

Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə...

ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

07 Sentyabr 2026 - 12:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda respublika və dünyada baş verən sosial-iqtisadi, ictimai-siyasi məsələlər müzakirə...

Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib

Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib

07 Sentyabr 2026 - 11:28

Dövlət Komissiyasının həmsdərləri Azərbaycan və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyətini müzakirə ediblər. Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat...

Next Post
Sabah bağçalara qeydiyyat başlayır

Sabah bağçalara qeydiyyat başlayır

ADY elektrikləşdirilmiş dəmir yolunun 100 illiyinə həsr olunan fotoalbom təqdim etdi

ADY elektrikləşdirilmiş dəmir yolunun 100 illiyinə həsr olunan fotoalbom təqdim etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb – FOTO

Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb – FOTO

07 Sentyabr 2026 - 19:29
“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

“Azneft” kəskin hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

07 Sentyabr 2026 - 19:15
Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

Finlandiya Rusiya ilə sərhəddə 200 km-lik çəpərin tikintisini tamamlayıb

07 Sentyabr 2026 - 19:07
TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi – FOTO

07 Sentyabr 2026 - 18:59
Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

Külək nəticəsində Bakıda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb

07 Sentyabr 2026 - 18:48
Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

07 Sentyabr 2026 - 18:39
Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin ilk günü başa çatdı – FOTO

07 Sentyabr 2026 - 18:26
“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17
Bakıda 19 istiqamətdə sıxlıq var – SİYAHI

Bakıda 19 istiqamətdə sıxlıq var – SİYAHI

07 Sentyabr 2026 - 17:57
Yaponiya MN: “Hava məkanımız pozulmayıb, prosesə nəzarət edilir”

Yaponiya MN: “Hava məkanımız pozulmayıb, prosesə nəzarət edilir”

07 Sentyabr 2026 - 17:45
FHN-in əməkdaşları velosiped yarışında uğur qazanıblar

FHN-in əməkdaşları velosiped yarışında uğur qazanıblar

07 Sentyabr 2026 - 17:39
FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

FHN güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib

07 Sentyabr 2026 - 17:27
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

07 Sentyabr 2026 - 17:15
Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

07 Sentyabr 2026 - 17:10
Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.