"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Deputatlar yayda harada dincələcəklər? – Özləri cavabladı

03 İyul 2026 - 15:45
in CƏMİYYƏT
FacebookVatsap

İyulun 15-dən avqustun 30-dək Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Bu müddətdə deputatlar da məzuniyyətdə sayılırlar. Yalnız məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Bunu da oxuyun

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Bəs görəsən, deputatlar tətili harada və necə keçirməyi planlaşdırırlar? Onlar bu dövrdə Azərbaycanda, yoxsa xaricdə istirahət etməyi düşünürlər?

Elchi.az xəbər verir ki, Lent.az millət vəkilləri arasında sorğu aparıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirdi ki, o, tətildə həm işğaldan azad olunmuş torpaqlara, həm də Türkiyəyə səfər edəcək:

“Son illər olduğu kimi bu il də yay tətilini işğaldan azad olunmuş ərazilərdə keçirəcəm. Şuşaya gedəcəm. Şuşada qalmaqla bərabər hər gün digər rayonlara, Ağdərəyə, Laçına, Xocalıya, Kəlbəcərə, Hadruta, Qubadlıya səfər edəcəm. Keçən il də tətil qrafikimi belə qurmuşdum. Bu cür istirahət mənə zövq verir, psixoloji rahatlıq gətirir, milli qürur hissimi oxşayır.

Azərbaycanın səfalı yerlərindən sonra qardaş ölkə – Türkiyənin Qars şəhərinə səfər edəcəm. Qars şəhərindən Ermənistan sərhədinə doğru elə kəndlər var ki, mənim doğulduğum kəndlə arası 7 km məsafədir. Doğulduğum coğrafiyanın təbiəti, otu, bitkisi, böcəyi, quşu mənim ruhumu oxşayır. Saatlarla durbini əlimə alıb, doğulduğum coğrafiyaya baxıb, orada nəyin dağılıb, nəyin qaldığını müşahidə edirəm… Bir də o torpaqlara, öz Vətənimə nə vaxt gedəcəyəm sualını özümə verib, düşüncələrə dalıram. Ruhən hiss edirəm ki, elimizdə-obamızda, yurdumuzda-yuvamızda qalan dağlar da, daşlar da, otlar da, böcəklər də bizi çağırır. Bu həm daxili əzab verir, həm də gələcəkdə torpaqlarımıza qayıtmaq üçün məndə ümid alovlandırır. Bu yaykı istirahətim yəqin ki, bununla da başa çatacaq”.

Milli Məclisin deputatı Razi Nurullayev Lent.az-a açıqlamasında qeyd etdi ki, tətildə Azərbaycanda olacaq:

“Tətili ölkədə keçirəcəm. Rayonlar, kəndlər çox xoşuma gəlir. Əsasən, Azərbaycanın maraqlı kəndlərinə getmək niyyətindəyəm”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirdi ki, tətil müddətində Azərbaycanda olacaq:

“Yay tətili müddətində Bakıda və əsasən Ordubad-Culfa rayonunda, deputat seçildiyim 6 saylı seçki dairəsinin ərazisində, eyni zamanda doğulduğum Culfa rayonu Saltaq kəndində olacam. Bu müddətdə həm seçicilərlə görüşəcəm, həm də kəndlərə səfər edəcəm.

Mən, tətili xarici ölkədə yox, Azərbaycanın gəzməli-görməli, səfalı yerlərində, Naxçıvanda, Ordubadda, Culfada və Bakıda keçirəcəm. Həmçinin qısa müddətli, təxminən, üç-beş günlük ölkəmizin səfalı yerlərinə də üz tutmağı, tarixi yerlərdə olmağı planlaşdırıram”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, işləri yekunlaşdıqdan sonra bir həftəlik tətilə çıxacaq:

“Hələ ki, istirahətlə bağlı konkret planım yoxdur. Yazılacaq məqalələr, görüləcək xeyli işlərim var. Hazırda da onlarla məşğuluq. Ola bilsin ki, bir həftə ya ölkə daxilində, ya da xaricdə istirahət edək. Hesab edirəm ki, Azərbaycanda gediləsi, baxılası çox gözəl yerlər var. Kəlbəcərə, Laçına, Qubaya, Zaqatalaya, Şəkiyə getmək olar. Tövsiyə edərdim ki, Azərbaycan vətəndaşları bütün rayonlarımıza səfər etsinlər. Mən Şuşanı, Xankəndini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını ziyarət etməyi tövsiyə edirəm. Eyni zamanda Quba, Xınalıq, Qax, Göygöl əsrarəngiz bölgələrimizdəndir”.

Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, o, tətili yaxın ailə üzvləri ilə birlikdə Qubada keçirməyi planlaşdırır:

“2026-cı il üçün xüsusi istirahət planı hazırlamamışıq. Hər zaman tətili Azərbaycanın zəngin təbiəti, şəfalı suları, dadlı meyvələri olan sakit bölgələrimizdə keçiririk. Adətən getdiyimiz bölgə Quba olur. Orada yaxın ailə üzvlərimizlə birgə oluruq. Builki planımız da bu istiqamətdədir. Şübhəsiz ki, yaxşı istirahət etmədən yaxşı işləmək və böyük hədəflərə nail olmaq çətindir. Digər tərəfdən açığını desəm, Parlament üzvü olduğum ilk on illərdə qətiyyən özümüz üçün istirahət rejimi buyurmamışam. Çünki təmsil etdiyim bölgənin özünəməxsus tələbləri və qayğıları həmişə qarşımızda dayanırdı. Eyni zamanda nəzərə almalıyıq ki, insan həyatı, onun biologiyası özünəməxsus tələblərə və qanunlara tabedir. O cəhətdən ölkə xaricinə getməyi düşünmürük. Yaxın ailə üzvlərimlə birlikdə Qubada və digər kənd və rayonlara üz tutmağı düşünürük. Hər bir azərbaycanlıya da ölkəmizin daxilindəki zəngin təbiəti qiymətləndirməyə çağırırıq”.

Milli Məclisin deputatı Fazil Mustafa istirahəti Azərbaycanda edəcəyini bildirib:

“İstirahəti bütövlükdə ancaq Azərbaycanda edirəm. Ola bilsin ki, xaricə də səfər edərəm. Qabaqcadan planlaşdırılan istirahət anlayışı yoxdur, çünki yayda da çalışmaları davam etdiririk. Daha çox Bakıda qalıb dənizdən istifadə edirəm, xüsusilə sağlamlıqla bağlı müəyyən prosedurları davam etdirirəm. Lakin ola bilsin ki, rayonlara da, xarici ölkəyə də gedə bilərəm. Açığı, hələ dəqiq müəyyənləşdirməmişəm, özəl istirahət cədvəlim yoxdur.

Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, yay tətilini ölkədə keçirəcək.

Previous Post

Fransada anomal istilərdə ölənlərin sayı 2000-i ötüb

Next Post

Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti adlandırdı

Bənzər yazılar

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Elchi.az  xəbər verir, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin Hüquq...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd...

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40

Avqustun 24-də dövlət ümumi təhsil müəssisələrində direktor müavini vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Bu barədə Elchi.az...

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Next Post
Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti adlandırdı

Tramp özünü İsrail tarixinin ən yaxşı prezidenti adlandırdı

Liderlik, sabitlik və milli maraqlar: Xalqın İlham Əliyevə etimadı tamdır – TƏHLİL

Liderlik, sabitlik və milli maraqlar: Xalqın İlham Əliyevə etimadı tamdır – TƏHLİL

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16
Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13
FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23 Avqust 2026 - 17:03
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

23 Avqust 2026 - 16:57
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.