Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
FHN-dən Elchi.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.





















