İranın Kürdüstan əyalətinin Bane şəhərində polis nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.
Elchi.az İran mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.
Hücum zamanı daha 2 polis və 3 yaşlı bir qız yaralanaraq tibb müəssisələrinə çatdırılıb.





















