"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür

25 İyun 2026 - 23:05
in CƏMİYYƏT, İQTİSADİYYAT, XƏBƏR LENTİ
FacebookVatsap

Bu ilin iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların Azərbaycana gətirilməsində “smart-customs” sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmaların tətbiqi müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldəcək.

Bunu da oxuyun

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Bunu Elchi.az  İnformasiya Agentliyi və “İctimai TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

“Artıq identifikasiya prosesi “ASAN İmza”, “SİMA”, “MyGOV QR” vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.

Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər”, – Ş. Bağırov vurğulayıb.

Onun sözlərinə görə, elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir. “Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib – onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir. Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir.

Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır – bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik”.

DGK sədri xatırladıb ki, gömrük dəyərinin təyin edilməsi üçün 6 üsul mövcuddur. Bu üsullar beynəlxalq normalarla müəyyən edilmiş üsullardır və gömrük dəyərləndirilməsi zamanı məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir, o bildirib.

“Burada 6 üsulun ən əsaslarından biri sövdələşmə qiymətlərinə əsaslanan üsuldur. Sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin təyin edilməsi nəyi ifadə edir? Bu, qarşılıqlı etibar deməkdir, yəni gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki və sənədlərdəki məlumatlar həqiqətən doğru və düzgündür, burada əlavə yoxlamalara, dəyərin korreksiyasına lüzum yaranmır.

Təqdim edilmiş məlumatlar əsas götürülür. Sevindirici haldır ki, artıq birinci dəyərləndirmə üsulu, yəni gömrük orqanlarına təqdim edilmiş məlumatlara əsaslanan üsul 76,4 %-ə çatıb. İllər üzrə müqayisə aparsaq, əvvəllər bu göstərici daha aşağı idi. Bu o deməkdir ki, biznes artıq məlumatlıdır, hansı sənədləri təqdim etməli olduğunu, gömrük prosedurlarında könüllü riayətetmənin nədən ibarət olduğunu bilir.

Könüllü riayətetmənin əsas prinsipi ondan ibarətdir ki, hər bir sahibkar könüllü riayət vasitəsilə məhz öz dövlətinə xidmət göstərir. Bu yolla – könüllü riayətetmə, vaxtında ödəniş etmə – dövlətimizə, iqtisadiyyatımıza, ümumi rifahımıza töhfə verilir. Buna görə bu ümdə məsələlər olduğundan, çoxsaylı sahibkarlıq subyektləri məhz bu hədəflər istiqamətində fəaliyyət göstərir. Biz mərkəzi icra hakimiyyəti orqanı kimi buna böyük əhəmiyyət veririk”, – Ş. Bağırov bildirib.

Previous Post

Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib

Next Post

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

Bənzər yazılar

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib. Elchi.az  "Associated...

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18

Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib. Elchi.az  "Associated...

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46

"Taliban" hərəkatı ABŞ ilə diplomatik münasibətləri normallaşdırmağa can atdığını bəyan edib və Amerika səfirliyinin Qabilə qayıtmasına isti münasibət göstərdiyini açıqlayıb....

Next Post
Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:35
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib

29 Avqust 2026 - 23:18
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

29 Avqust 2026 - 21:50
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48
“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

“Al Hadath”: “Taliban” ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir

29 Avqust 2026 - 21:46
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:41
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

29 Avqust 2026 - 19:51
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

29 Avqust 2026 - 19:49
Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

29 Avqust 2026 - 19:47
Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

Əsəd rejiminin ölkədən qanunsuz çıxardığı dövlət aktivləri Suriyaya qaytarılacaq

29 Avqust 2026 - 19:45
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək

29 Avqust 2026 - 19:41
İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.