2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,5% artaraq 2059 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Elchi.az-a verilən məlumata görə, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 31,4%-ni qadınlar təşkil edir.
Dövlət qulluqçularının 7,6%-i dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9%-i 4-cü təsnifatı, 12,4%-i 5-ci təsnifatı, 8,7%-i 6-cı təsnifatı, 44,2%-i 7-ci təsnifatı, 23,2%-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 6,6%-i 1 ilədək, 23,6%-i 1 ildən 5 ilədək, 23,6%-i 5 ildən 10 ilədək, 18,8%-i 10 ildən 15 ilədək, 27,4%-i isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 3%-ni 25 yaşadək, 11,6%-ni 25-29 yaşda, 18%-ni 30-34 yaşda, 16,7%-ni 35-39 yaşda, 13,3%-ni 40-44 yaşda, 10,5%-ni 45-49 yaşda, 8,1%-ni 50-54 yaşda, 7,5%-ni 55-59 yaşda, 9,2%-ni 60-64 yaşda, 2,1%-ni 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.





















