Qətərin paytaxtı Dohanın şimalında yerləşən Ras Laffan Sənaye Bölgəsindəki fabrikdə partlayış baş verib. 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb.
Elchi.az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyi partlayışın Dohanın şimalında yerləşən Ras Laffan Sənaye Bölgəsindəki fabrikdə “texniki səbəbdən” baş verdiyini bildirib. Nazirlik daha sonra partlayış nəticəsində qaz müəssisəsində baş verən yanğının nəzarət altına alındığı barədə məlumat paylaşıb. Bəyanatda sənaye zonasının təhlükəsizliyini təhdid edə biləcək heç bir sızmanın olmadığı və partlayışda 54 nəfərin yaralandığı, itkin düşmüş 18 nəfərin axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi qeyd edilib.
Şayəstə





















