ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşıdığı şübhəli bilinən bir qayığa daha bir hücum təşkil edib. Hücumda iki nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, ABŞ ordusu Karib dənizində və Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqlara qarşı hücum seriyasına daha bir hücum əlavə edib. ABŞ Cənub Komandanlığının (SOUTHCOM) verdiyi açıqlamada bildirilir ki, SOUTHCOM komandanı general Francis L. Donovanın rəhbərliyi altında Cənub Nizə Əməliyyatını həyata keçirən birgə əməliyyat qrupu “terror təşkilatı” kimi müəyyən edilmiş bir təşkilata məxsus bir qayığa hücum edib.
Bəyanatda kəşfiyyatın qayığın Şərqi Sakit Okeanda məlum qaçaqmalçılıq yolu ilə narkotik daşıdığını təsdiqlədiyi vurğulanaraq əlavə edilib: “Bu hücumda iki kişi narko-terrorçu öldürülüb və ABŞ Sahil Mühafizəsinə sağ qalan altı kişi üçün axtarış və xilasetmə əməliyyatı başlatmaq barədə məlumat verilib”. Əməliyyat zamanı heç bir ABŞ hərbçisinin zərər görmədiyi bildirilib.
Şayəstə





















