Filippində orta məktəbdə atışma baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 şagird ölüb, 5 şagird yaralanıb.
Elchi.az xəbər verir ki, Filippin polisi San Jose Milli Liseyində atışmanı iki kişi şübhəlinin törətdiyini açıqlayıb.
Səlahiyyətlilər ilkin məlumatlara görə, hadisədə 3 şagirdin öldüyünü, 5 şagirdin isə yaralandığını bildiriblər.
Polis hücumla əlaqəli iki şübhəlinin saxlanıldığını və şübhəlilərdən birinin hücumun baş verdiyi orta məktəbin şagirdi olduğunu bildirib.
Hadisədən sonra polis məktəb ətrafında təhlükəsizlik tədbirlərini artırmaq üçün əraziyə əlavə dəstələr göndərib.
1500-dən çox şagirdin oxuduğu orta məktəbdə atışmanın səbəbi araşdırılır.
Şayəstə





















