İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Qətər və Pakistanın vasitəçiliyi ilə İranla ABŞ arasında danışıqların birinci mərhələsinin başa çatmasından sonra Livanda müharibəyə son qoymaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında verilən açıqlamada Əraqçi ABŞ ilə danışıqlara münasibət bildirib.
Livanda münaqişələrin qarşısını almaq üçün yaradılacaq işçi qrupunun əsl sınaq olacağını deyən Əraqçi bildirib ki, “Pakistan-Qətər vasitəçiliyi ilə Livanda müharibəyə son qoymaq istiqamətində irəliləyiş əldə edilib”. Əraqçi həmçinin ölkəsinə neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını və blokadanın başa çatdığını vurğulayıb və əlavə edib ki, İranın dondurulmuş aktivlərinin bir hissəsi də azad edilib.
Şayəstə





















