"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Zərkənd əmanətimizdir”: Qərbi Azərbaycan İcmasında təqdimat keçirilib-FOTOLAR

12 İyun 2026 - 23:01
in CƏMİYYƏT, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Zərkənd kəndinə həsr olunmuş “Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının təqdimat mərasimi keçirilib.

Bunu da oxuyun

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

ABŞ hələlik İranla danışıqlar aparmır

“Zərkənd əmanətimizdir (Göyçə mahalı Zərkənd kəndinin tarixi-etnoqrafik salnaməsi)” kitabının müəllifləri Şahin Bayramov, Rafiq Namazov və Əli Həziquliyevdir.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu, redaktoru isə Miraslan Əzizxanoğludur.

Elchi.az  xəbər verir ki, nəşrdə Zərkənd kəndinin çoxəsrlik tarixi inkişaf yolu, əhalisinin demoqrafik mənzərəsi, nəsil və şəcərə sistemi, təhsil ənənələri, eləcə də kəndin sosial-mədəni həyatı geniş şəkildə əhatə olunub.

Bununla yanaşı, kitabda Zərkəndin tanınmış ziyalıları, aşıq sənəti və folklor mühiti, dil xüsusiyyətləri, adət-ənənələri barədə ətraflı məlumat verilir. Eyni zamanda, İkinci Dünya müharibəsi və Qarabağ savaşlarında iştirak etmiş kənd sakinlərinin həyat yolu, qəhrəmanlığı və fədakarlığı da xüsusi bölmələrdə işıqlandırılıb. Nəşrin əsas məqsədinin tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması olduğu qeyd edilib.

Kitabın təqdimatında Qərbi Azərbaycan İcmasının rəhbərliyi, icma üzvləri, elm və ictimaiyyət nümayəndələri, eləcə də Zərkəndin təmsilçiləri iştirak ediblər.

Çıxışlarda kitabın elmi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, onun Zərkəndin yaddaşının və milli irsinin qorunması baxımından mühüm mənbə olduğu qeyd edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son illərdə Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması, tarixi yurd yerlərimizin öyrənilməsi və bu istiqamətdə elmi nəşrlərin hazırlanması sahəsində mühüm işlərin görüldüyünü bildirib. O qeyd edib ki, tarixi yaddaşın qorunması, qədim yaşayış məntəqələrimizin keçmişinin araşdırılması və gələcək nəsillərə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir.

Əziz Ələkbərli vurğulayıb ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası yeni mərhələyə qədəm qoyub və bu məsələ dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, doğma yurd yerləri ilə bağlı tarixi faktların, toponimlərin, ailə yaddaşının və kəndlərin keçmişinin sistemli şəkildə toplanaraq nəşr olunması qayıdış konsepsiyasının elmi əsaslarının formalaşdırılmasına xidmət edir.

İdarə Heyətinin sədri kənd tarixlərinin yazılmasının son dərəcə mürəkkəb və məsuliyyətli proses olduğunu, bunun uzunmüddətli araşdırmalar, arxiv sənədlərinin öyrənilməsi, şahid ifadələrinin toplanması və zəngin mənbə bazası tələb etdiyini diqqətə çatdırıb. O, “Zərkənd əmanətimizdir” kitabının müəlliflərinin böyük zəhmət və fədakarlıq nümayiş etdirdiyini qeyd edərək, nəşrin təkcə Zərkənd kəndinin deyil, ümumilikdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Çıxış zamanı qeyd olunub ki, belə nəşrlər tarixi yaddaşın qorunmasına, gənc nəslin öz köklərini daha yaxından tanımasına və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verir.

Əziz Ələkbərli kitabın gələcək tədqiqatçılar üçün dəyərli mənbələrdən biri olacağına əminliyini ifadə edərək, bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan İqtisad Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, Zərkənd  sakini Pərviz Səmədov nəşrin  tarixi yaddaşının yaşadılması, doğma yurdla bağlı xatirələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, belə əsərlər təkcə bir kəndin deyil, bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Nəşrin tədbirdə çıxış edən  elmi redaktoru, tarix elmləri doktoru, professor Vaqif Şirinoğlu isə kitabın elmi dəyərindən bəhs edib. O, əsərdə Zərkəndin tarixi keçmişinin, demoqrafik inkişaf mərhələlərinin və şəcərə sisteminin əhatəli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Professor vurğulayıb ki, kitabda toplanmış faktlar, sənədlər və xatirələr kəndin tarixinin sistemli şəkildə öyrənilməsinə imkan yaradır və gələcək tədqiqatlar üçün etibarlı mənbə rolunu oynayır.

Ardınca Zərkəndə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda kəndin tarixi keçmişi, eləcə də kitabın ərsəyə gəlməsinə səbəb olan amillər əks olunub. Bildirilib ki, nəşrin hazırlanmasında əsas məqsəd Zərkəndin zəngin tarixini, kənd sakinlərinin xatirələrini və şəcərə məlumatlarını sistemləşdirərək gələcək nəsillərə çatdırmaq, doğma yurdun tarixi yaddaşını qorumaqdır. Videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, jurnalist-tədqiqatçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli, sabiq millət vəkili Arzu Səmədbəyli, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı, “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov, eləcə də kənd sakinləri Qurban İsmayılov və Namiq Nəbiyev nəşrin əhəmiyyətindən danışıblar. 

Çıxış edənlər vurğulayıblar ki, kitab Zərkəndin tarixi keçmişinin, sosial-mədəni həyatının və sakinlərinin yaddaşında yaşayan xatirələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, belə nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına, yurd yerləri ilə bağlı məlumatların sistemləşdirilməsinə və tarixi həqiqətlərin yaşadılmasına mühüm töhfə verir. Çıxışlarda kitabın həm elmi, həm də mənəvi baxımdan dəyərli mənbə olduğu xüsusi qeyd edilib.

Bildirilib ki, Zərkənd haqqında məlumatlı olan insanlar üçün də kitabda yeni və maraqlı məqamlar yer alır. Kitabda kəndlə bağlı dialekt və ləhcə nümunələri əks olunub ki, bu da nəşri daha oxunaqlı və dəyərli edir.

Bu kitabın böyük zəhmət və geniş araşdırmalar nəticəsində ərsəyə gəldiyi və müəlliflərin uzunmüddətli çalışmalrının kitabın elmi və tarixi dəyərini daha da artırdığı qeyd olunub. Kitabın üç il ərzində hazırlanması müəlliflərin mövzuya nə qədər ciddi yanaşdığını göstəricisidir. Bu cür nəşrlərin Qərbi Azərbaycan irsinin araşdırılması və qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Çıxışlarda xüsusi qeyd olunub ki, Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı gündən qarşıya qoyduğu məqsədləri ardıcıl şəkildə həyata keçirir. “Zərkənd əmanətimizdir” kitabının təqdimatı da bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir.

Qeyd olunub ki, “Zərkənd əmanətimizdir” kitabı təkcə bir kəndin salnaməsi kimi deyil, eyni zamanda bütövlükdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsi baxımından mühüm elmi mənbə kimi qiymətləndirilir. Bu nəşr Zərkəndin çoxəsrlik tarixini, sosial-demoqrafik mənzərəsini və intellektual potensialını əhatə edən fundamental ensiklopedik tədqiqat əsəridir.
Qeyd edilib ki, kitabda 1831, 1842, 1873 və 1886-cı illərə aid kameral təsvirlər üzrə arxiv materialları müasir şəcərə (genealoji) araşdırmaları ilə müqayisəli şəkildə təhlil olunaraq sintez edilib.

Bu yanaşma kənddə yaşamış tayfaların tarixi köklərinin daha dəqiq müəyyənləşdirilməsinə, onların nəsil şəcərələrinin sistemləşdirilməsinə imkan yaradıb. Eyni zamanda, Zərkənddə formalaşmış ailə strukturları, məskunlaşma dinamikası və demoqrafik dəyişikliklər elmi əsaslarla təqdim olunub.

Diqqətə çatdırılıb ki, əsərdə Zərkənd məktəbinin tarixi inkişaf yolu, kəndin yetirdiyi görkəmli alimlər, həkimlər, hüquqşünaslar, dövlət xadimləri və hərbçilər haqqında geniş və sistemləşdirilmiş məlumatlar yer alır. Bununla yanaşı, kəndin təsərrüfat həyatı, ənənəvi məişət mədəniyyəti, aşıq sənəti və yerli şivənin dilçilik xüsusiyyətləri də araşdırılaraq oxuculara təqdim olunub.

Kitabda, həmçinin İkinci Dünya müharibəsi və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş Zərkənd sakinlərinin həyatı, qəhrəmanlıq yolu və şəhidlərimizin xatirəsinə dair zəngin sənədli materiallar toplanıb. Bu hissə nəşrin həm elmi, həm də mənəvi dəyərini daha da artıran mühüm bölmələrdən biri kimi qiymətləndirilib.

Tədbirin sonunda kitabın həmmüəllifi Şahin Bayramov nəşrin hazırlanma prosesi, uzunmüddətli arxiv araşdırmaları və toplanmış materialların sistemləşdirilməsi barədə ətraflı məlumat verib. O, kitabın ərsəyə gəlməsində dəstək göstərən bütün qurumlara və şəxslərə, xüsusilə icma rəhbərliyinə və İcma Aparatının kollektivinə təşəkkürünü bildirib, prosesə töhfə verən hər kəsə minnətdarlığını ifadə edib.

Tədbirin sonunda iştirakçılar xatirə fotoşəkli çəkdiriblər.

Gülər
“Cebheinfo.az”

Previous Post

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb – FAKTİKİ HAVA

Next Post

“Sabah” braziliyalı futbolçu Almeydanın transferini açıqlayıb

Bənzər yazılar

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07

ABŞ Prezidenti Donald Tramp administrasiyası münaqişənin dinc yolla nizamlanması üçün hələlik İranla danışıqlar aparmır. Elchi.az xəbər verir ki, bu barədə Ağ...

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

27 Avqust 2026 - 16:17

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək. Elm və Təhsil Nazirliyindən Elchi.az-a verilən məlumata...

Next Post
“Sabah” braziliyalı futbolçu Almeydanın transferini açıqlayıb

"Sabah" braziliyalı futbolçu Almeydanın transferini açıqlayıb

Kanada hakimiyyəti Qana millisinin futbolçusuna cinayət ittihamına görə viza verməyib

Kanada hakimiyyəti Qana millisinin futbolçusuna cinayət ittihamına görə viza verməyib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17
“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

27 Avqust 2026 - 17:16
ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07
Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

27 Avqust 2026 - 16:58
“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

27 Avqust 2026 - 16:39
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust 2026 - 16:31
Qətər və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edib

Qətər və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edib

27 Avqust 2026 - 16:25
Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Yardımlıda vətəndaşları qəbul edəcək

27 Avqust 2026 - 16:17
XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

27 Avqust 2026 - 16:11
Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “Sabah” futbol klubuna 5 milyon manat ayırıb

27 Avqust 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.