Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
Spiker bildirib ki, 15 iyun – Milli Qurtuluş günü tariximizdə müstəsna yer tutur: “Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tarixi seçimi idi, Ulu öndər zamanın çağırışına cavab vermək bacarığı nəticəsində müstəqil Azərbaycanı qoruyub saxladı: “Ölkəmiz qlobal iqtisadi və siyasi tədbirlərin mərkəzinə çevrildi. Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Heydər Əliyev eyni zamanda bugünkü parlamentin banisidir. Torpaqlarımızın 30 illik işğalınma son qoyulması, Azərbaycanın güclü dövlətə çevrilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Milli Qurtuluş günü ərəfəsində biz Heydər Əliyevin əziz xatirəsini yad edirik. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti gələcəkdə də uğurlara imza atacaq”.
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı...





















