17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə ikinci yoxlama oyununu keçirib.
Qəbələdə təlim-məşq toplanışında olan komandamız rəqibini Qəbələ şəhər stadionunda qəbul edib.
Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma bu görüşdə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoxlama oyununda da Qazaxıstan millisi qalib gəlmişdi. Həmin qarşılaşma rəqibin 5:2 hesablı üstünlüyü ilə başa çatmışdı.





















