İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İran və Livana qarşı hücumlarına reaksiya verərək bildirib ki, “İstənilən cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”. ABŞ-ın həm İrana, həm də Livana qarşı atəşkəsin pozulmasına görə birbaşa məsuliyyət daşıdığı bildirilib və əlavə edilib ki, “İran zəruri hesab etdiyi zaman özünümüdafiə hüququ çərçivəsində bütün mövcud vasitələrdən istifadə edərək milli maraqlarını tam qətiyyətlə müdafiə edəcək”.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İran və Livana qarşı hücumlarına reaksiya verərək bildirib ki, “İstənilən cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”. ABŞ-ın həm İrana, həm də Livana qarşı atəşkəsin pozulmasına görə birbaşa məsuliyyət daşıdığı bildirilib və əlavə edilib ki, “İran milli maraqlarını tam qətiyyətlə və bütün mövcud vasitələrdən istifadə edərək, zəruri hesab etdiyi zaman özünümüdafiə hüququ çərçivəsində müdafiə edəcək”. İran Xarici İşlər Nazirliyi regional gərginliyi artıran ABŞ və İsrailin atəşkəs pozuntuları ilə bağlı yazılı açıqlama yayıb. Bəyanatda 8 apreldə qüvvəyə minən atəşkəsin Livan da daxil olmaqla bütün cəbhələri əhatə etdiyi vurğulanaraq, “buna baxmayaraq, ABŞ-ın atəşkəs razılaşmasını dəfələrlə pozduğu, o cümlədən İranın ticarət gəmilərinə hücumları olduğu aydındır” qeyd edilib. Bəyanatda həmçinin İsrailin atəşkəsi açıq şəkildə pozduğu vurğulanıb və deyilir: “Sionist rejim Livanın ərazi bütövlüyünü və milli suverenliyini nəzərə almayıb; bu, minlərlə Livan vətəndaşının şəhid olmasına və yaralanmasına, 2 milyon insanın didərgin düşməsinə və ölkədə infrastruktura və mənzilə ziyan vurulmasına səbəb olub. Atəşkəsin istənilən cəbhədə pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.
“ABŞ məsuliyyət daşıyır”
Bəyanatda ABŞ-ın atəşkəsin ilk günlərində İsrailin Livana hücumlarını dayandırmaq üçün çalışdığını elan etdiyi xatırladılıb və əlavə edilib: “ABŞ-ın həm İrana qarşı atəşkəsin pozulmasına, həm də İsrail rejimi tərəfindən Livana qarşı atəşkəsin pozulmasına görə birbaşa məsuliyyət daşıdığı danılmazdır; bu vəziyyətin nəticələrinə görə məsuliyyət ABŞ-ın üzərindədir”.
“Milli maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik”
Bəyanatda qeyd olunur ki, İran atəşkəs rejiminin pozulmasının regional sülh və təhlükəsizlik üçün təhlükəli nəticələri barədə dəfələrlə xəbərdarlıq edib və bu pozuntulara son qoyulmasına çağırıb və əlavə edib ki, “İran zəruri hesab etdiyi zaman özünümüdafiə hüququ çərçivəsində milli maraqlarını tam qətiyyətlə və bütün mövcud vasitələrdən istifadə edərək müdafiə edəcək”.
Şayəstə




















