Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Böyük Britaniya və ABŞ-nin Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarını şərh etməkdən imtina edib və Moskvanı Yaxın Şərqdəki münaqişədən mənfəət güdməyi dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazır.
Onun sözlərinə görə, Avropa İttifaqı “digər ölkələrin Rusiyaya qarşı sanksiyalarla bağlı addımlarını şərh etmək” niyyətində deyil.
“Biz Rusiya neft və qazının idxalına tətbiq etdiyimiz sanksiyalara sadiq qalırıq və rusiyalıları Yaxın Şərqdə davam edən münaqişədən qazanc əldə etməməyə bir daha çağırmalıyıq. Bu, olduqca istehzalıdır”, — deyə Pinyo bildirib.
Məryəm





















