ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin onu “nailiyyətlərinə görə” təbrik etdiyini və əlavə etdiyini bildirib: “Ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü və daha yaxşı olacaq”.
Elchi.az xəbər verir ki, Pekinə səfərini davam etdirən ABŞ prezidenti Donald Tramp sosial media paylaşımında keçmiş ABŞ prezidenti Co Baydeni hədəfə alıb.
Tramp iddia edib ki, Çin prezidenti Si Cinpin ABŞ-ı “tənəzzülə uğrayan ölkə” adlandırarkən Co Bayden dövrünə istinad edib və Çinli həmkarının onu “nailiyyətlərinə görə” təbrik etdiyini bildirib.
Si Cinpinin Bayden dövrü haqqında “haqlı” olduğunu iddia edən Tramp, Amerika iqtisadiyyatının, siyasətinin və sosial strukturunun bu dövrdə zəiflədiyini iddia edib və onun prezidentliyi ilə bütün bu sahələrdə “irəliləyişlər” etdiklərini qeyd edib.
Onun dövründə həm Venesuelada, həm də İranda “hərbi qələbələr” əldə etdiklərini iddia edən ABŞ prezidenti, İranı hərbi cəhətdən “məhv etməyə” davam edəcəklərini bildirib.
Tramp bildirib ki, “İndi ABŞ dünyanın ən sevimli ölkəsidir və ümid edirəm ki, Çinlə münasibətlərimiz əvvəlkindən daha güclü və daha yaxşı olacaq”.
Şayəstə





















