Taylandda təxminən 27 ton ağırlığında və onlarla metr uzunluğunda olduğu təxmin edilən uzunboyunlu bitki mənşəli dinozavr növünün fosilləri aşkar edilib.
Elchi.az xəbər verir ki, Böyük Britaniyadakı London Universitet Kollecinin rəhbərlik etdiyi tədqiqat qrupu, Taylandın şimal-şərqindəki Çayyaphum bölgəsində tapılan 10 fərqli fosil qalığını, o cümlədən təxminən 1,78 metr uzunluğunda bir ayaq sümüyü araşdırdı.
Təxminən 27 ton ağırlığında olduğu düşünülən yeni dinozavr növünə “Nagatitan chaiyaphumensis” adını verən alimlər, dinozavrın 100-120 milyon il əvvəl, Təbaşir dövründə yaşadığını bildiriblər.
Tədqiqatçılar, növün Cənub-Şərqi Asiyada kəşf edilən ən böyük uzunboyunlu bitki mənşəli dinozavr növlərindən biri olduğunu vurğulayıblar.
Tədqiqatın aparıcı müəllifi və London Universitet Kollecinin doktorantı Titivut Setapanikakul bildirib ki, bu növ “Diplodocus” və “Brontosaurus” kimi nəhəng uzunboyunlu bitki mənşəli dinozavrları əhatə edən “sauropod” ailəsinə aiddir.
Setapanikakul bildirib ki, “Taylandın son nəhəngi” adlandırdığı dinozavrın uzunluğu təxminən 27 metrə çatıb və ölçüsü yetkin mavi balinaya bənzəyir. Tədqiqatın təfərrüatları “Scientific Reports” jurnalında dərc edilib.
Şayəstə





















