Serbiya NATO ölkələri ilə ilk dəfə birgə hərbi təlim keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“NATO-Serbiya” adlanan təlimdə Serbiya Ordusu və İtaliya, Rumıniya və Türkiyə silahlı qüvvələrinin təxminən 600 şəxsi heyəti, həmçinin Böyük Britaniya, İtaliya, Almaniya, Rumıniya, ABŞ, Serbiya, Türkiyə, Fransa və Monteneqrodan olan hərbi planlaşdırıcılar və müşahidəçilər iştirak edir”, – məlumatda deyilir
Təlimə Serbiya 3-cü Ordu Briqadasının komandirinin müavini polkovnik Branislav Stevanoviç nəzarət edir.
Təlimlər taktiki səviyyədə keçirilir və mayın 23-dək davam edəcək.Nazirlikdən verilən məlumata görə, təlimin Serbiya və NATO hərbçilərinə təcrübə mübadiləsi və birgə əməliyyatların keçirilməsinə imkan verəcəyi gözlənilir.
Yeganə





















