ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında yazıb ki, o, Avropa İttifaqını əhəmiyyətli dərəcədə tarif artımı ilə hədələyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə əla söhbət etdiyini deyib.
“Biz bir çox mövzuları, o cümlədən İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı mütləq razılığımızı müzakirə etdik. Biz razılaşdıq ki, öz xalqını öldürən bir rejim milyonlarla insanı öldürə biləcək bombanı idarə edə bilməz.
Mən AB-nin Şotlandiyanın Turnberry şəhərində əldə etdiyimiz tarixi ticarət razılaşmasının bir hissəsini yerinə yetirməsini səbirlə gözlədim – tarixin ən böyük ticarət razılaşması! Aİ-nin razılaşmanın bir hissəsini yerinə yetirəcəyinə və razılaşdırıldığı kimi tariflərini SIFIR-a endirəcəyinə dair söz verildi! Mən onlara ölkəmizin 250 illik yubileyinə qədər vaxt verməyə razı oldum”,-deyə Tramp qeyd edib.
Yeganə





















