Ukrayna Prezidenti Volodimir Zelenski 6 Mayda yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti atəşkəs elan etdi və Rusiyanı qərara əməl etməyə çağırdı.
Elchi.az xəbər verir ki, sosial media paylaşımında Zelenski Rusiyanın 8-9 May tarixlərində Ukraynada atəşkəs elan etmək qərarına münasibət bildirib. Bu qərar Sovet İttifaqının İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərində qələbəsini qeyd edən Qələbə Günü ilə üst-üstə düşür.
Ukraynaya indiyə qədər heç bir rəsmi atəşkəs çağırışı edilmədiyini qeyd edən Zelenski bildirib: “Biz inanırıq ki, insan həyatı hər hansı bir ildönümü “qeyd etməkdən” müqayisəolunmaz dərəcədə daha dəyərlidir.”
Zelenski 6 Mayda başlayacaq müvəqqəti atəşkəsin nə vaxt bitəcəyini dəqiqləşdirməyib, lakin Rusiya atəşkəsi pozarsa, cavab verəcəklərini bildirib.
Putin Qələbə Gününü qeyd etmək üçün 8-9 May tarixlərində Ukraynada atəşkəs elan edib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs barədə qərar verib. Bəyanatda deyilirdi: “Ali Baş Komandanın qərarına uyğun olaraq, Qələbə Gününü qeyd etmək üçün 8-9 may tarixlərində atəşkəs elan edilir. Ümid edirik ki, Ukrayna tərəfi atəşkəsə əməl edəcək”.
Şayəstə





















