Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzi (ECMWF) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən dərc edilmiş “İqlimin Avropa Vəziyyəti 2025” (ESOTC 2025) hesabatına görə, keçən il demək olar ki, bütün qitədə temperatur qlobal orta səviyyədən yüksək ölçülmüşdür.
Elchi.az xəbər verir ki, təxminən 100 alimin iştirakı ilə hazırlanan hesabatda Avropa qitəsinin dünyanın ən sürətli istiləşmə bölgəsi olaraq qaldığı bildirilir.
Hesabatda Avropanın ən azı 95 faizində illik temperaturun orta səviyyədən yüksək olduğu bildirilir və qitənin bütün buzlaq bölgələrində xalis kütlə itkisinin olduğuna diqqət çəkilir.
Hesabatda qeydlər başladıqdan bəri İslandiyanın ikinci ən böyük buzlaq itkisi yaşadığı, Qrenlandiya Buz təbəqəsinin isə 139 milyard ton buz itirdiyi vurğulanır ki, bu da Avropa Alp dağlarındakı bütün buzlaqların ümumi həcmindən təxminən 1,5 dəfə çoxdur.
Həmçinin bildirilib ki, Avropada mövsümün sonunda qar örtüyü həm sahə, həm də kütlə baxımından rekord səviyyədə üçüncü ən aşağı səviyyəyə düşüb.
Şayəstə





















